Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:31

Bu gün Beynəlxalq Savadlılıq Günüdür


Sentyabrın 8-di Beynəlxalq Savadlılıq Günüdür.

«Çoxu qadın olmaq şərti ilə təxminən 776 milyon yetkinlik yaşına çatmış insan yazıb-oxumaq və hesablamaq bacarığına malik deyil. 75 milyon uşaq məktəbə getmir və hətta məktəbə getməyə başlayanlar arasında təhsilini dayandıranların sayı həddindən artıq çoxdur»- BMT baş katibinin müraciətində belə deyilir.

Müraciətdə bildirilir ki, bu il əsas diqqət savadlılığın ümumi səviyyəsini artırmağa yönəldiləcək.

«Savad həyat səviyyəsinin yüksəlməsi, cəmiyyətdə lazımi qərarların qəbulunda iştirak, sağlamlıq və digər zəruri məlumatların əldə olunması üçün insanlara əvəzsiz imkanlar verir. Savad hər şeydən əvvəl şəxslərə bir vətəndaş və ən adi bir insan kimi öz hüquqlarından istifadə etməyə imkan yaradır».
XS
SM
MD
LG