Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:49

Kabildə aeroportda partlayış olub


Kabildə beynəlxalq aeroportun yaxınlığında partlayış olub,azı 2 nəfər ölüb, bir neçə yaralı var.

Ölənlər dinc sakinlərdir.

Polis bildirib ki, intiharçı minalanmış maşını aeroportun girişinin yaxınlığında partladıb. Həmin yerdə beynəlxalq qüvvələrin bazası yerləşir.

Taliban sözçüsü hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bildirib ki, hədəfləri NATO konvoyu olub və nəticədə 3 hərbi maşın məhv edilib.

NATO qüvvələri insidentlə bağlı ətraflı məlumat verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG