Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:43

Robert Bradtke Minsk Qrupunun yeni həmsədri oldu


Robert Bradtke AzadlıqRadiosuna müsahibə verir, Zaqreb, 27 fevral 2008

Robert Bradtke AzadlıqRadiosuna müsahibə verir, Zaqreb, 27 fevral 2008

ABŞ Dövlət katibi ATƏT-in Minsk Qrupunun yeni həmsədri vəzifəsinə Robert Bradtkenin təyinatını elan edib.

Dövlət Departamentinin yaydığı məlumatda deyilir ki, Bradtkenin 36 illik diplomat təcrübəsi və Avropa təhlükəsizlik siyasətində xüsusi bilikləri var.

Bu ilin iyuluna qədər Robert Bradtke üç il Xorvatiyanın paytaxtı Zaqrebdə ABŞ missiyasına rəhbərlik edib. Buna qədər - 2001-2004-cü illərdə Avropa və Avrasiya işləri üzrə dövlət katibi yardımçısının NATO və ATƏT işləri üzrə müavini olub.

Dövlət Departamentinin məlumatında deyilir ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsində sülh çözümünün vacibliyini anlayır:

«Biz Ermənistan prezidenti Sarkisyanla Azərbaycan prezidenti Əliyev arasında bir qədər əvvəl başlanmış dialoqu dəstəkləyirik».

Sənəddə o da deyilir ki, xanım Klinton hər iki prezidentə Minsk Qrupunun səylərinin nəticə verəcəyinə ümid etdiyini bildirib. Obama administrasiyası bu məqsədə nail olmaq üçün əlindən gələni etmək əzmindədir:

«Biz səfir Bradtkenin təyinatı barədə Ermənistan və Azərbaycan hökumətlərini məlumatlandırmışıq. Səfir Bradtke yaxın həftələrdə regiona səfər etməyi düşünür».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG