Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:29

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan yeni həmsədrinin adı açıqlandı


ATƏT Mİnsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayzanın vəzifələrini bundan sonra Səfir Robert Bradtke icra eləyəcək. ABŞ Dövlət Departamentini təyinatla bağlı yaydığı məlumatda qeyd edilir ki, xarici siyasət idarəsində 36 illlik təcrübəsi və Avropada təhlükəsizlik siyasəti sahəsində ixtisaslaşması diplomatın bu vəzifəyə təyinatında önəmli rol oynayıb.

Robert Bratdke 3 il ərzində - bu ilin iyuluna kimi ABŞ-ın Xorvatiyadakı Diplomatik missiyasının rəhbəri olub.
2001-ci ildən 2004-cü ilə qədər Dövlət Katibinin Avropa və Avrasiya məsələri üzrə Köməkçisinin NATO və ATƏT-lə münasibətlərə cavabdehlik daşıyan
birinci müavini vəzifəsini tutub.

Dövlət Departamentinin sözçüsü Yan Kelli təyinatla bağlı bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin slh yoluyla həllinin həyati əhəmiyyətini anlayır. Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında davam edən müsbət dialoqları alqışlayır. Dövlət Katibi Hillari Klinton hər iki prezidentin diqqətinə çatdırıb ki, Misk Qrupunun səylərinin bəhrəsini verməsində şəxsən maraqlıdır və Obama Administrasiyası da bu məqsədə çatmaq üçün nə lazımdırsa etməyə hazırdır.

ATƏT-in Mİnsk Qrupunun ABş-dan olan yeni həmsədri Robert Bradtke yaxın həftələrdə regiona səfər eləyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG