Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:48

Alman hərbçiləri səhv elədiklərini inkar edir


Almaniya Əfqanıstandakı hərbçilərinin səhvə yol verməsiylə ittihamları və tənqidləri qəbul etmir. ALmaniya Müdafiə nazirliyinin sözçüsü Tomas Raabe deyib ki, ötən həftə Əfqanıstanda, Qunduz əyalətində Talibanın qaçırdığı iki yanacaqdaşıyan maşına edilən hücum hərbi cəhətdən düzgün və vacib olub.

Yerli rəsmilərin verdiyi məlumata görə, həmin maşınlardakı yanacağı dinc sakinlərə paylandığı zaman baş verən hücum və partlayışda 50-yədək dinc sakin həlak olmuşdu. Ötən həftə Avropa Birliyinin xarici işlər nazirləri əməliyyatı tənqid eləyib, Fransa isə Əfqanıstandakı alman komandirinin qərarını “böyük səhv adlandırmışdı”.
XS
SM
MD
LG