Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:36

Türmədə saxta pul alveri


Ədliyyə Nazirliyinin 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən Ramiz Hacıyev saxta əskinas alveri ilə məşğul olmaqda ittiham edilir.

İttihama görə, onun hazırladığı saxta əskinasları cəzaçəkmə müəssisəsində satması faktının üstünü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi açıb.

İttihama görə, Ramiz Hacıyev 995 ədəd saxta 100-lüyü 15.000 manata satarkən ifşa olunub.

Ramiz Hacıyev məhkəmədə dindirilərkən təqsirini boynuna alıb və peşman olduğunu bildirib. Məhkum bildirib ki, saxta əskinasları cəzaçəkmə müəssisəsindən evə buraxılarkən düzəldirmiş.

İndi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə məhkumun bu saxta əskinasları necə hazırlaması məsələsi araşdırılır.


Ramiz Hacıyev Cinayət Məcəlləsinin 204.3.2-ci (külli miqdarda saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma) maddəsi ilə mühakimə olunur.
XS
SM
MD
LG