Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:48

XİN daha 3 xarici ölkəyə səfərlə bağlı xəbərdarlıq edir


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına daha 3 əcnəbi dövlətlə bağlı xəbərdarlıq edib. Nazirliyin saytında yerləşdirilən məlumata görə, hazırda Əfqanıstan, Pakistan və Tacikistana səfər etmək təhlükəlidir.

Nazirlik xəbərdarlıq edir ki, Əfqanıstanda terrorizm və dini qruplaşmalar arasındakı toqquşmalar nəticəsində mehmanxanalar, hökumət binaları, eləcə də bir çox binalar potensial hədəflər arasındadır və bu obyektlərin heç biri hücum riskindən sığortalanmayıb.
Tacikistan isə Əfqanıstanla sərhəd olduğu üçün bu ölkə də təhlükəli səfərlər siyahısındadır.

XİN bildirir ki, bu ölkənin Əfqanıstan, Qırğızıstan və Özbəkistanla sərhəd ərazilərində nişanlanmış və nişanlanmamış minalı yerlər mövcuddur.

Pakistanda da terrorizm və dini qruplaşmalar arasında toqquşmaların güclənməsi bu ölkəyə səfəri təhlükəli edir.

Nazirlik xəbərdarlıq edir ki, dövlət rəsmilərinə və xüsusilə də, xarici ölkə vətəndaşlarına və xarici ölkələrdən gəlmiş səyahətçilərə qarşı çoxsaylı hücumlar və sui-qəsd aktları baş verib. Pakistan ərazisində terrorçu qruplaşmalar tərəfindən xarici vətəndaşların qaçırılması və girov götürülməsi hallarının sayı isə artıb.

XİN məsləhət görür ki, təhlükəyə baxmayaraq, bu ölkələrə gedən vətəndaşlar hər hansı problemlə üzləşdikdə, Azərbaycanın diplomatik nümayəndəliklərinə müraciət etsinlər.

Xarici İşlər Nazirliyi bundan əvvəl Somali, Honduras, Nigeriya, İndoneziya və Meksikaya da səfərlərin təhlükəli olmasıyla bağlı xəbərdarlıq edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG