Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:05

İranın nüvə proqramıyla bağlı danışıqlar düyünə düşüb


Beynəlxalq Atom Enerjisi Agentliyi Iranın nüvə proqramıyla bağlı danışıqların dalana dirəndiyini bildirib. Agentliyin direktoru Məhəmməd Əl Baradeyi Tehranı agentliyin bütün suallarına cavab verməyə və əməkdaşlığa çağırıb.

Əl Baradeyi Vyanada Agentliyin bu gün başlanan toplantısında belə deyib. Agentlik İranın gizlicə nüvə silahı hazırlaması haqda kəşfiyyat məlumatlarına da aydınlıq gətirməlidir.

İran iddia edir ki, bu məlumatlar saxtadır.

Bu gün Tehrandakı mətbuat konfransında İran prezidenti Mahmud Əhmədinejat deyib ki, nüvə proqramını davam etdirmək hüququ danışıqların predmeti ola bilməz, amma İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı davam etdirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG