Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:48

Ahtisaari Türkiyəyə görə Avropa Birliyini tənqid edib


Nobel sülh mükafatı laureatı Marti Ahtisaari Avropa Birliyini Türkiyənin üzvlüyü ilə bağlı danışıqları dayandırdığına görə tənqid edib.

Ahtisaari deyib ki, Avropa Birliyi vədinə sadiq olduğunu göstərmək üçün 2005-ci ildən başlayan danışıqları bərpa etməlidir.

Finlandiyanın sabiq prezidenti Marti Ahtisaari Türkiyə üzrə komissiyanın rəhbəridir. Komissiya keçmiş hökumət liderlərindən, xarici işlər nazirlərindən və Avropa Birliyi rəsmilərindən ibarət müstəqil qurumdur.

Avropa Birliyində Fransa, Almaniya, Kipr və Yunanıstan Türkiyənin üzvlüyünə qarşı çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG