Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:38

Pulsuz şəxsiyyət vəsiqəsi yalnız uşaqlara verilir


«16 yaşına qədər uşaqlar üçün şəxsiyyət vəsiqəsi almaq istəyən valideynlər ildən-ilə artır». Bunu AzadlıqRadiosuna deyən Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyatı İdarəsinin şöbə rəisi Sima Səfərovanın sözlərinə görə, şəxsiyyət vəsiqəsi azyaşlılar üçün məcburi olmadığından bu sənədin indiyə kimi neçə uşağa verildiyini söyləyə bilməyəcək:

«Bu vəsiqə yalnız valideynlərin arzusu ilə pulsuz verilir».

Yaşı 16-ya qədər olan uşaqlar üçün verilən şəxsiyyət vəsiqəsində onun özünün, ata-anasının adı və soyadı, qeydiyyatda olduğu ünvan göstərilir. Ancaq sənədə şəkil vurulmur.

Şəxsiyyət vəsiqəsi doğum haqqında şəhadətnaməni əvəz edə bilər.

Azərbaycanda 16 yaşına qədər uşaqların da şəxsiyyət vəsiqəsi alması 2001-ci ilin sentyabrından tətbiq olunur.
XS
SM
MD
LG