Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:44

Azərbaycanda elmin inkişafına qrant ayrıla bilər


Əgər parlament hazırlanan yeni qanunu təsdiqləsə, elmin inkişafı üçün qrant ayrıla bilər. Bu barədə məlumat verən Milli Məclisin elm və təhsil komitəsinin üzvü Asəf Hacıyevin sözlərinə görə, «Elm və dövlət elmi-texniki siyasəti haqqında» qanun layihəsində elm sahəsinə vəsaitlərin qrant şəklində ayrılması müddəası yer alır:

«Bu gün bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Dövlətin hər bir manatı xüsusi diqqətdə olmalıdır. Hansı sahələrin inkişafının daha önəmli olması aydınlaşdırılmalı, bu sahələrə də pul ayrılmalıdır».

Asəf Hacıyevin sözlərinə görə, qanun layihəsində Milli Elmlər Akademiyanın statusu, alimlərin sosial vəziyyəti, elmin gələcək inkişafı və bu sahəni əhatə edən digər məsələlərin hüquqi yolla tənzimlənməsi də öz əksini tapacaq.

Elm və təhsil komitəsi payız sessiyasında ali təhsil, ümumi orta təhsil, yaşlıların təhsili haqqında yeni qanun layihələrini də hazırlayıb parlamentin müzakirəsinə təqdim edəcək. Media Forum

Günün bütün mövzuları

XS
SM
MD
LG