Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:53

Mikloş Haraşti Bakıya gəlib


Mikloş Haraşti dəfələrlə Azərbaycan hakimiyyətini jurnalistlərin təqib edilməsinə görə kəskin tənqid edib
Mikloş Haraşti dəfələrlə Azərbaycan hakimiyyətini jurnalistlərin təqib edilməsinə görə kəskin tənqid edib
Sentyabrın 7-də ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Bakıya gəlib. O sentyabrın 11-ə qədər burda mətbuat azadlığı məsələlərini müzakirə edəcək.

ATƏT-in Bakı ofisindən verilən məlumata görə, səfər zaman Haraşti rəsmi şəxslər, KİV və mətbuat məsələləri ilə məşğul olan QHT nümayəndələri ilə görüşəcək. Səfərinin yekunlarıyla bağlı mətbuat konfransı keçirəcək.

Səfər zamanı Haraştinin redaktəsi ilə «Mətbuatın özünü tənzimləməsinə dair bələdçi» kitabının Azərbaycan variantının təqdimatı olacaq.

Mikloş Haraşti dəfələrlə Azərbaycan hakimiyyətini mətbuat azadlığının pozulması və jurnalistlərin təqib edilməsinə görə kəskin tənqid edib.

Hazırda Azərbaycanda bir neçə jurnalist və gənc bloqqerlər həbsdədirlər.
XS
SM
MD
LG