Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:10

Uqo Çaves Türkmənistana gəlib


Venesuela prezidenti Uqo Çaves bazar günü İrana səfərini başa vurub. Bu gün isə o Türkmənistana rəsmi səfərə gəlib. Bu, Cənubi Amerika ölkəsi rəhbərinin Türkmənistana ilk səfəridir.

Çaves bildirib ki, o, neft karteli olan OPEK-ə bənzər bir qaz karteli yaratmaq ideyasını dəstəkləyir. Bu ideyanı iri qaz istehsalçılarından olan Rusiya, İran və Qətər də müzakirə edib.

Türkmənistan Mərkəzi Asiyanın aparıcı qaz istehsalçısı olsa da, onun qaz karteli yaratmaq ideyasına dəstək verib-verməyəcəyi məlum deyil.

Çaves Türkmənistandan sonra Belarusa və Rusiyaya səfər edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG