Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:46

Anna üçün ədalət?


Kremlin sərt tənqidçisi olan jurnalist Politkovskaya 2006-cı ildə güllələnib

Kremlin sərt tənqidçisi olan jurnalist Politkovskaya 2006-cı ildə güllələnib

Sentyabrın 6-da «Nyu York Taymz» qəzeti Rusiyada qətlə yetirilmiş jurnalist Anna Politkovskayanın işi üzrə məhkəməyə dair yazı dərc edib. Qəzet yazır ki, məhkəmədə yeni gəlişmələr Vladimir Putinin Rusiyasında belə «ədalət sistemi əvəzinə keçərli olan» bir olay üçün ümidlər verir.

Ötən cümə axşamı Rusiya Ali Məhkəməsi prokurorluğa göstəriş vermişdir ki, Anna Politkovskayanın ölümü ilə bağlı yeni istintaq işi açsın. Kremlin sərt tənqidçisi olan jurnalist Politkovskaya 2006-cı ildə güllələnib.

Məhkəmə bu iş üzrə ittiham olunan dörd nəfərə bəraət verərək qətlə yetirilmiş jurnalistin ailəsinin tələbi ilə razılaşmışdır. «Bu işə ancaq dolayı aidiyyatı olan şübhəli bilinən şəxslərə bundan belə də vaxt və diqqət sərf etmək vaxt itkisidir», deyə qəzet yazır. Qəzet yazır ki, ümid etmək olar ki, prokurorluq «cəsarətli jurnalistin qətlinin izinin hara aparıb çıxarmasından asılı olmayaraq» əsl qatillərin tapılmasına nəhayət ki, vaxt ayıracaq.

48 yaşlı Politkovskaya Çeçenistanda gedən qəddar müharibəni işıqlandırarkən işgəncə, kütləvi edamlar və adam oğurluqlarını sənədləşdirməklə məşğul idi. «Onun bu məsələdə kimi ittiham etdiyi sual altında deyil – Rusiya ordusu və cənab Putin. Səsboğucusu olan tapançadan atılan dörd atəşlə qətlə yetirildiyi gün o öz qəzetinə Çeçenistanda işgəncə ilə bağlı vacib reportaj təqdim etməli imiş», deyə qəzet yazır.

Qəzet yazır ki, 2000-ci ildə Vladimir Putin hakimiyyətə gələndən bəri Rusiyada 17 jurnalist qətlə yetirilib və bu işlərin böyük əksəriyyəti hələ də açılmamış qalır. «Təsəvvür etmək çətin deyil ki, bu fakt jurnalistikaya necə qorxunc təsir göstərir», qəzet yazır.

Qəzet onu da qeyd edir ki, Putinin varisi olan hüquq professoru Dmitri Medvedev «qanunun aliliyi bizim əsas dəyərlərimizdən biri olmalıdır» kimi bəyanatlarla çıxış edir. Medvedev həmçinin vəd edir ki, onun əsas vəzifələrindən biri «ədliyyə sisteminin icraedici və qanunverici hakimiyyət qollarından müstəqil olmasını təmin etmək» olacaq.

Qəzet yekunda qeyd edir ki, Rusiyanın bu gününü nəzərə alsaq, inanmaq çətindir ki, məqalədə qeyd olunan məhkəmə yuxarıda bəyan edilmiş idealları əks etdirir və inanmaq çətindir ki, Anna Politkovskayanın işində ədalət bərpa olunacaq. «Lakin çıxarılan hökm ümid verir».

Günün bütün mövzuları

XS
SM
MD
LG