Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:53

Azərbaycan-Finlyandiya 1-2


Dünya birinciliyinin seçmə oyunları çərçivəsində Lənkəranda keçirilən oyunda Azərbaycan məğlub oldu. Müxbirimizin oyunun gedişi zamanı apardığı qeydlərli təqdim edirik

Azərbaycan millisi meydana bu tərkibdə çıxıb:

Kamran Ağayev, Saşa Yunusoğlu, Vladimir Levin, Mahir Şükürov, Elnur Allhveridyev, Rəşad Sadiqov, Samir Abbasov, Elvin Məmmədov, Cavid Hüseynov, Vüqar Nadirov, Vaqif Cavadov.

Birinci hissədə bərabər oyun getdi.

İkinci hissənin 5-ci dəqiqəsində Vaqif Cavadovun cərimə meydançasındakı ötürməsindən sonra Elvin Məmmədov hesabı açır.

Azərbaycan yığması kəskin hücumlarını davam etdirir. Oyunun 53-cü dəqiqəsində uzun ötürmədən sonra cərimə meydançasında topu ələ keçirən Vüqar Nadirov yaxın məsafədən güclü zərbə vurur, top qapı dirəyinin üstündən keçir.

54-cü dəqiqə. Rəqib oyunçusu Yeremenkonun təhlükəli zərbəsini qapıçı Kamran Ağayev məharətlə zərərsizləşdirir.

56-cı dəqiqə. Sağ cinahdan hücuma qoşulan Mahir Şükürov təxminən 20 metrdən qüvvətli zərbə vurur. Top rəqib oyunçusuna dəyərək meydandan çıxır.

Tərəflər növbə ilə hücuma keçir. Əvvəl Mahir Şükürovun təhlükəli zərbəsi qapıdan yan keçir. Bir qədər sonra Yeremenkonun başı ilə vurduğu zərbəni qapıçı Kamran Ağayev tutur.

63-cü dəqiqədə Kamran Ağayev yenidən Azərbaycan millisini xilas edir. Təhlküəli zərbəni bu dəfə də Finlyandiya millisinin oyuncusu Roman Yeremenko vurdu.

Oyun yüksək tempdə davam edir. 66-cı dəqiqədə Mahir Şükürovun zərbəsi dəqiq olmadı.

67-ci dəqiqə. Qapıçı Kamran Ağayev yenidən gözəl oyun nümayiş etdirərək güclü zərbəni geri qaytarır.

Tərəflər oyunçuları dəyiyşir. Azərbaycan komandasında Vüqar Nadirovu Daniel Axtyamov əvəz edir. Finlər isə Şefkini Ramet ilə dəyişirlər

75-ci dəqiqə. Hesab bərabərləşir. Qonaqların 15 nömrəli oyunçusu Markus Haikinen topu Azərbaycan millisinin qapısından keçirir.

77-ci dəqiqə. Saşa Yunusoğlu sarı vərəqə alır.

78-ci dəqiqə. Kamran Ağayev növbəti dəfə təhlükəni sovuşdurur.

80-ci dədqiqə. Yenidən Yeremenko-Ağayev dueli. Və bu dəfə də fin oyunçusunun güclü zərbəsini Azərbaycan qapıçısı qaytara bilir.

82-ci dəqiqə. Finlyandiya millisinin heyətində daha bir dəyişiklik edilir.

84-cü dəqiqədə Elvin Məmmədovu Əmirquliyev əvəz edir.

85-ci dəqiqdədə Finlyandiya 2-ci topu Azərbaycan millisinin qapısından keçirir.

88-ci dəqiqə.Azərbaycan millisi güclü hücuma keçib. Olduqca təhlükəli vəziyyətin qarşısını fin müdafiəçıləri ən son anda topu qapı xəttindən çıxarmaqla ala bildilər.

90-cı dəqiqə. Hakim Finlyandıyanın oyunçusu Pasanenə sarı vərəqə göstərir.

Oyun başa çatır. Azərbaycan millisi növbəti məğlubiyyətə uğrayır.

Oyun haqqında ətraflı hesabat yaxın saatlarda səhifəmizdə yerləşdiriləcək. Bizi izləyin...


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG