Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:23

ABŞ dinc sakinlər arasında itkidən narahatdı


Birləşmiş Ştatlar Əfqanıstanda hava hücumu nəticəsində ölənlərin arasında dinc sakinlərin də ola bilməsindən dərin narahatdır.

Bunu Ağ evin sözçüsü Robert Gibbs deyib.

Dünən ölkənin şimalındakı Kunduz əyalətində Talibançılarən ələ keçirdiyi yanacaq çənlərinin vurulması nəticəsində azı 90 adam ölüb.

Yerli rəhbərlik ölənlərin yarıdan çoxunun dinc sakinlər olduğunu deyib.

NATO komandanlığı hadisənin hərtərəfli araşdırılacağını vəd edib. Əfqanıstan prezidenti Həmid Kərzai dinc sakinlərə qarşı hücumun yolverilməz olduğunu və insidenti araşdırmaq üçün xüsusi komisiya yaradılacağını bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG