Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:16

Səbail rayon məhkəməsi qarşısında aksiya


Sentyabrın 4-də məhkəmə başa çatdıqdan sonra Emin Milli və Adnan Hacızadə maşına mindirilərkən onları gözləyənlər aksiya keçiriblər. Etirazçılar Səbail rayon məhkəməsi qarşısında «azadlıq» şüarları səsləndiriblər.

Məhkəmənin qarşısından keçən yolda bu müddət ərzində avtomobillərin hərəkəti müvəqqəti dayanıb.

Amma zorakılıq halı müşahidə olunmayıb.

Polislər isə çəkiliş aparmaq istəyən jurnalistləri itələyib, mane olublar. Bundan sonra aksiya sona çatıb.
XS
SM
MD
LG