Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:19

670 yəhudi uşağı xilas edən rəmzi qatar Londona çatdı


Yüzlərlə uşağın Çexoslovakiyadan çıxarılıb Londona çatdırılaraq xilas edilməsi hadisəsini anım mərasimləri üçün Praqadan Londona yollanan qatar bu gün mənzilə çatıb. Onu uşaqların xilas edilməsini təşkil etmiş, indi 100 yaşı olan Nicholas Winton qarşılayıb. Qatar Praqadan çıxarkən bu şəhərdə onun heykəli də açılıb.

Nicholas Winton İkinci Dünya müharibəsi zamanı nasistlərin işğal etdiyi Çexoslovakiyada 670 yəhudi uşağı götürüb qatara mindirərək, Londona yola salıb. Britaniyada isə onları ailələrə yerləşdirib.

Bu hadisənin anılması üçün sentyabrın 1-də Praqadan çıxan qatarla uşaqkən Nicholas Wintonun xilas etdiyi yəhudlər və onların ailə üzvlərindən 40-dan çox adam Londona gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG