Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:30

Rəsmilər NATO-nun bir gecədə azı 45 sakini öldürdüyünü deyir


NATO-nun baş katibi Anders Fogh Rasmussen bildirir ki, bu gün Əfqanıstanın şimalına hava zərbələrində ölənlər arasında dinc sakinlər də ola bilər:

- Gecə vaxtı Talibana hava hücumları endirilib. Məlumdur ki, xeyli sayda talibançı öldürülüb. Dinc sakinlər arasında da itkinin olması mümkündür, amma hələlik bu barədə dəqiq məlumat yoxdur.

Bu gün Əfqanıstan rəsmiləri bildirmişdilər ki, ölkənin şimalında Kunduz əyalətində Talibanın tutduğu yanacaq çənlərinə havadan atılan bombanın dəyməsi nəticəsində 90-dan çox adam həlak olub. Əyalətin rəhbəri ölənlərin yarıdan çoxunun mülki şəxslər olduğunu deyib.

Rasmussen hadisənin araşdırılacağına söz verib və bir daha vurğulayıb ki, NATO hərbi əməliyyatlarda dinc sakinlərin ölümünün azaldılması barədə öhdəliklərinin icrasına çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG