Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:38

Fransa şahmatçısı içib oyun zamanı yatdı


Fransa şahmatçısı Vladislav Tkachiev Hindistanın Kolkata şəhərində keçirilən dünya çempionatında içkinin təsiri ilə yatıb.

Dünən o, Hindistan şahmatçısı Praveen Kumara qarşı oyunda zorla stolda əyləşib, yuxulu halda cəmi bir neçə gediş edə bilib, sonra isə başını stolun üstünə qoyaraq yatıb. Təşkilatçılar Hindistan şahmatçısına texniki qələbə veriblər.

Onlar içkili Vladislav Tkachievi bu hərəkətə görə qınayıblar, amma onun çempionatın qalan yarışlarında iştirak etməsinə icazə veriblər.
XS
SM
MD
LG