Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:21

«Bizdə «dedovşina» yoxdu»


Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu

«Mən qəti şəkildə bəyan edirəm ki, Azərbaycan ordusunda «dedovşina» mövcud deyil». Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu sentyabrın 4-də keçirdiyi mətbuat konfransında deyib.

O, bu barədə mətbuatda gedən informasiyaları əsasız sayır. Cənab Sabiroğlu bildirir ki, baş verən biri-iki hadisəyə görə, Müdafiə Nazirliyinin hərbi hissələrində «dedovşina» hallarının baş alıb getməsi barədə fikrə gəlmək doğru deyil.

Nazirlik rəsmisi ordunun döyüş qabiliyyətini də yüksək qiymətləndirir:

«Hələlik siyasi danışıqlar gedir və bunun nəticələrinə ümidliyik. Əks halda ordu üzərinə düşən vəzifəni dövlətin lazım saydığı anda mütləq yerinə yetirəcək. Mən bunu Azərbaycan ordusunun müasir silah və texnika ilə təchizatına, əsgərlərin döyüş qabiliyyətinin yüksək olmasına inanaraq deyirəm».

Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, son üç ayda cəbhə bölgəsində 199 dəfə atəşkəs pozulub. Amma o, atəşkəs pozuntusu zamanı nə qədər hərbçinin yaralandığını və öldüyü barədə məlumatları açıqlamayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG