Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:46

Futbol diplomatiyası


«Sarkisyan və Gülün futbol oyunlarına qatılması o deməkdir ki, proses gedir»
«Sarkisyan və Gülün futbol oyunlarına qatılması o deməkdir ki, proses gedir»
Dünyanın ən nüfuzlu jurnallarından olan Britaniyanın «Economist» dərgisi Türkiyə ilə Ermənistan arasındakı indiki barışıq prosesinə «futbol diplomatiyası» adını qoyub.

Doğrudan da son canlanma ondan başlandı ki, Ermənistan prezidenti Serj Sarkisyan avqustun 30-da BBC-yə müsabəsində dedi ki, sərhədlər açılmasa və ya proses buna yaxın olmasa, oktyabrın 14-də Türkiyə-Ermənistan futbol matçına getməyəcək.

Sarkisyan narazılıq edirdi ki, Türkiyə-Ermənistan barışığında heç bir irəliləyiş yoxdur, buna istək də görsənmir.

Bundan cəmi bir gün sonra iki ölkənin Xarici İşlər nazirləri birgə bəyanat verdilər ki, iki protokol imzalanacaq, bundan da 2 ay sonra sərhədlər açılacaq.

Sarkisyanın futbolla hədələməsindən və «heç bir irəliləyiş yoxdur» deməsindən cəmi iki gün sonra Türkiyənin Xarici İşlər naziri Davutoğlu dedi ki, yeni ilə sərhədlər açıla bilər.

FUTBOL BU BARIŞIĞIN FASADIDIR

Protokolların daxili məsləhətləşmələrlə məhz 6 həftəyə imzalanması da futbol oyunu ilə eyni vaxta düşən tarixdir.

Avqustun 31-nin üstünə 6 həftə gələndə 14 oktyabr ərəfəsi edir.

«Economist»in bütün bunlara bir izahı var:

«Bu həftənin bəyanatları Sarkisyanı futbol matçına gətirməyə hesablanıb. Çünki futbol bu barışığın fasadıdır»

Yəni Sarkisyan və Gülün futbol oyunlarına qatılması o deməkdir ki, proses gedir.

Prosesin uzunluğuna gəldikdə, «Economist» ən düzgün sözü Əhməd Davutoğlunun dediyini düşünür. Türkiyənin Xarici İşlər naziri deyir ki, «bu, uzun prosesdir».

«Economist» sonda yazır ki, proses nə qədər uzun olacaq, bunu heç kim bilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG