Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:04

Cəmiyyət sülhə hazırdımı? A.Nağı və Ə.Həsənov İşdən sonra (Anons)


Türkiyə-Ermənistan yaxınlaşması fonunda cəmiyyətin sülh prosesində iştirakı nə yerdədir?

Bu mövzu proqramın birinci saatında (17:05 – 18:00) müzakirə ediləcək.

Müzakirələrə xalq diplomatiyasının əleyhdarı kimi tanınmış Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və xalq diplomatiyasının aktiv iştirakçısı, hüquq müdafiəçisi Əvəz Həsənov qatılacaq.

Regiondakı siyasi proseslərin azərbaycanlıların milli kimliyinə təsiri varmı?

Sualın cavabını bilmək istəyirsinizsə, verilişin ikinci saatını qaçırmayın (18:05 – 18:35).

Ermənistanla sərhədlərin açılması məsələsi ilə Türkiyə-Azərbaycan münasibətlərində yaranan böhran fonunda «Biz türkük, yoxsa azərbaycanlıyıq» diskussiyası hara aparır?»

Antropoloq alim Fərid Ələkbərov məsələ ilə bağlı fikirlərini bildirəcək. O, son həftələrdə «Zerkalo» qəzetində bu mövzuda gedən qızğın diskussiyanın iştirakçısı olub.

Proqramın üçüncü hissəsində isə (18:35 – 19:00) AzadlıqRadiosunun «Qaynar xətt»ində olanlarla tanış ola bilərsiniz.

Suallarınızı bu ünvana yollaya bilərsiniz:

efir@azadliqradiosu.az

SMS: (050) 740 10 17
XS
SM
MD
LG