Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:09

«Hərdən hüquq müdafiəçisi olduğuma görə utanıram»


Hüquq müdafiəçisi Arzu Abdullayeva
Hüquq müdafiəçisi Arzu Abdullayeva
«Bizim Yol»: «Hüquq müdafiəçisi Arzu Abdullayeva ilə Azərbaycanın Avropa Şurası ilə münasibətləri, ötən səkkiz ildə əməkdaşlığın bəhrələri və neqativ tendensiyaları haqqında söhbət etmişik.

- Arzu xanım, Azərbaycanın üzərinə götürdüyü başqa öhdəliklərin icra mexanizminə...

- Bizim ağrılı yerimiz ondan ibarətdir ki, bir çox qanunlar qəbul olunur, məsələn, «Vəkillik haqqında» qanun. Mən deyərdim ki, bu, qanunvericilikdə ən yaxşı nümunə sayıla bilər. Çünki bu qanunun hazırlanmasında istisnalıq ondan ibarət idi ki, həm iqtidaryönlü, həm müxalifətçi, həm də müstəqil hüquqşünaslar sənəd üzərində birgə işləmişdilər. Yaxud «Prokurorluq haqqında» qanun da pis deyil, əlbəttə ki, istərdik ki, daha yaxşı olsun. Mən bu münasibəti tanınmış hüquqşünasların rəyi əsasında bildirirəm. Ağrılı problemimiz insan haqları sahəsindədir ki, söz azadlığının bərbad durumu öndədir. Hətta həmməruzəçi Andres Herkel ən ciddi problemli məsələ kimi söz azadlığına olan təzyiqləri göstərib. Demək olar ki, söz azadlığına yaranan şərait heçə bərabərdir. Mən hətta azad mətbuatın olmadığını iddia edirəm. Yəqin ki, qəzetiniz və bir neçə mətbu orqanının kollektivi bu fikrimə görə məndən inciməz. Bilirsiniz, qəzetlərə qarşı o qədər məhdudiyyət qoyulub ki, bu, jurnalistin azad düşüncəsini şikəst edir. Konkret olaraq, həbsdə jurnalistlərimiz varsa, bu, Azərbaycan üçün xəcalətdir. Uzağa getməyək, bir neçə həftə əvvəl Novruzəli Məmmədovun həbsxanada vəfatı çox pis hal idi. Şəxsən mən bu ölümdən sarsıldım. Ona görə ki, hüquq müdafiəçisi olaraq biz onun günahsız olduğunu sübut edə bilmədik. Bu kimi hadisələrdən sonra insan hətta hüquq müdafiəçisi olmağından utanıram».

«Azadlıq»: «Mənim bu köşəmi qəzetdən oxuyanlar yazının yarımçıq qoya da bilərlər. Əsas sözüm internet oxucularınadır. Uzun-uzadı danışmaq istəmirəm, çap mətbuatının vəziyyəti hamıya bəllidir.

Bunun üçün Azərbaycanı demokratik görmək istəyən hər bir şəxs çap mətbuatına dəstəyini əsirgəməməlidir. Bu dəstək üçün sizə çox sadə bir variant təklif edirəm: Hər gün bir qəzet alın.

Bu sizin büdcənizi məhv etməyəcək, hətta təsiri belə cüzi olacaq. Əlbəttə, günə 40 qəpiyi tapa bilməyənlər də var. Sözüm isə onlara deyil. Sözüm hər gün qəzeti internetdən oxuyub bircə dəfə də olsun köşkdən qəzet almayanlaradır». Qann Turalı «Pulsuz matador» sərlövhəli köşə yazısında belə deyir.

«Azərbaycanda uzun illərdir «klassiklərimiz indi də populyardırmı?» müzakirələri gedir. Müzakirələrə qoşulmadan Üzeyir bəyin bir fikrini xatırlatmaq istəyirəm. Üzeyir bəy yazır: «Desələr ki, xalq qəzet oxumur, deyərəm yalandır. Desələr ki, xalq qəzet almır, deyərəm ki, düzdür. Çünki İsfəndiyar qəzet alırsa, bu o deməkdir ki, İsfəndiyarın məhəlləsində hamı o qəzeti oxuyacaq və heç kim qəzet almayacaq».

Qəzetin bir neçə şəxs tərəfindən oxunması təkcə Azərbaycana xas cəhət deyil. Dəqiq statistikaya görə Almaniyada bir qəzeti 4 nəfər oxuyur. Üstəlik də internet…
Ən pisi isə budur ki, qəzetləri internetdən oxuyanların çoxu gənclərdir. Ritorikadan da qaçmaq istəyirəm, amma bu gənclərin yaşadığı məmləkətin sabahı necə olacaq? Qəzetə pul vermək istəməyən adam kitaba, teatra, kinoya necə pul verəcək?»

«Yeni Azərbaycan»: «Tarix göstərir ki, ermənilərə inanmaq olmaz»-, YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı qəzetə müsahibəsində belə deyib.

«Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər, münasibətlərimiz «bir millət-iki dövlət» prinsipinə əsaslanır. Ölkələrimizi bir-birinə bağlayan çoxlu tellər var. Ona görə də, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması istiqamətində aparılan danışıqlar istər-istəməz Azərbaycan ictimai rəyində müəyyən narahatlıq yaradır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG