Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:15

Azərbaycan Ordusunun 3 hərbçisi minaya düşüb


APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün saat 11.00 radələrində Ağcabədi rayonunun Qiyamadınlı kəndi istiqamətində baş verib. Məlumata görə, hərbçilər traktorda olublar. Traktor tank əleyhinə minanın üstündən keçib.

Minanın partlaması nəticəsində yaralanan hərbçilərdən 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Müdafiə Nazirliyi ilə məlumatı dəqiqləşdirmək mümkün olmayıb.
XS
SM
MD
LG