Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:16

Argentina İranın müdafiə nazirini terrorda şübhəli sayır


Amerika və Argentina Əhməd Vahidinin İranın müdafiə naziri təyin olunmasını ciddi tənqid edib.

Argentina Vahidini 1994-cü ildə paytaxt Buones-Ayresdəki yəhudi mərkəzində baş vermiş partlayışda şübhəli sayır. Həmin partlayışda 85 nəfər ölmüşdü.

ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, İranın terrorda şübhəli bilinən Əhməd Vahidinin müdafiə naziri təyin edilməsi geriyə addımdır.

Argentinada isə partlayışın istintaqını aparan prokuror Tehranın bu hərəkətini Argentinanın ədalət sisteminə və partlayışda həlak olmuş şəxslərin ailələrinin üzünə vurulan “sillə” adlandırıb.

İran isə Buenos-Ayresdəki partlayışda əli olmasını inadla rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG