Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:08

Maykl Cekson 70 gündən sonra dəfn olundu


Maykl Cekson vəfatından 70 gün sonra nəhayət ki, bu gün dəfn olunub. Mərasimdə ailə üzvləri və ailəyə yaxın şou nümayəndələri iştirak edib.

“Pop kralı” sayılan Maykl Cekson Los Anceles yaxınlığında yerləşən, Yolt Disney, Hemfri Boqart, Errol Flin kimi əyləncə dünyasının əfsanələrinin dəfn olunduğu Qlindeyl şəhər qəbiristanlığındakı Böyük Mavzoleydə dəfn olunub.

Maykl Cekson insan həyatı üçün təhlükəli dozada dərman qəbul etməsi səbəbindən iyunun 25-də vəfat edib. Onun ölümü ilə bağlı “ehtiyatsızlıqdan insan ölümünə səbəb olma” maddəsi üzrə cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG