Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:07

Rusiya Gürcüstanı müharibəylə hədələyir


Abxaziyanı dəniz blokadasına almaq məqsədilə atılan addımlar regionda yeni müharibəyə səbəb ola bilər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Nesterenko sentyabrın 3-də televiziyala müashibəsində Gürcüstana belə xəbərdarlıq eləyib.

Nesterenko bildirib ki, "Gürcü rəhbərliyinin bu əməlləri beynəlxalq dənizçilik qaydalarını pozur və Abxaziyanı dəniz blokadasına almaq məqsədi daşıyır. Bunlar isə regionda hərbi və siyasi vəziyyəti gərginləşdirir və ciddi hərbi münaqişəyə səbəb ola bilər. "

Gürcüstan dənizçiləri bu il ərzində Abxaziyaya yük daşıyan 23 həmini saxlayıblar, bu günlərdə Türk gəmisinin kapitanına da 24 il həbs cəzası vermişdilər.

Bundan sonra Abxaz separatçılarının lideri Sergey Bagapş bildirmişdi ki, Abxaziya həbrbi dəniz qüvvələri onlara yaxınlaşan gürcü gəmilərinə atəş açacaqlar. Tbilisi belə bir hadisə baş verərsə Rusiyanı günahkar sayacaqlarını bəyan eləmişdi.
XS
SM
MD
LG