Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:06

Çİndə yeni etirazlar baş qaldırıb


Çində, Şincan-Uyğur bölgəsinin paytaxtı Urumçidə yenidən etirazlar baş qaldırıb. Rəsmi Şinxua Agentliyinin xəbərinə görə, 1000-ə yaxın adam birdəfəlik şprislərlə dinc əhaliyə edilən hücumlara etiraz ediblər. Məlumatda nə qədər adamın, nə vaxt və niyə bu cür hücuma məruz qaldığı bildirilməyib. Çin mənbələri etirazçıların etnik burda yaşayan etnik Çinlilər olduğunu bildiriblər.

Müstəqil mənbələrin verdiyi məluatlara görə isə, Urumçinin mərkəzində böyük bir izdiham toplaşıb və şəhərdə etnik qrupların nümayəndələrinə qarşı təzyiqlərə etiraz edirlər.

Şincan-Uyğur bölgəsinin Kommunist Partiyasının sədri Vang Lequan Urumçi əhalisinə soyuqqanlılıqlarını qorumaqla bağlı bağlı müraciət edib. Şəhər polisi isə insanları evlərində qalmağa və təxribatlara uymamağa çağırıb.

İyulda burda etnik çinlilər və uyğurlar arasındakı toqquşmalarda 200 nəfər həlak olmuşdu və minlərlə adam həbs edilmişdi.
XS
SM
MD
LG