Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:09

ABŞ səfirliyini qoruyanların əxlaqsızlığı iddiaları araşdırılır


ABŞ Dövlət Departamenti Əfqanıstandakı səfirliyinin təhlükəsizlik xidmətinin işçilərinin əxlaqsızlığı və seksual xarakterli davranışlarıyla bağlı xüsusi araşdırmaya başlayıb.

ABŞ səfirliyinin təhlükəsizlik xidmətində müqaviləylə çalışan bəzi əməkdaşlarının arasında bu cür halların geniş yayıldığı, səfirliyin təhlükəsizliyinin və mənəvi dəyərlərin bundan zərər gördüyü iddia edilir.

Araşdırma aparan Hökumətə Nəzarət İctimai Birliyi Dövlət Katibi Hillari Klintona məktubunda bildirmişdi ki, "təhlükəsizlik xidmətinin əməkdaşları tez-tez iş yerində içkili ziyafətlər təşkil eləyir, lütsoyunub striptiz şoular göstərir, bir birlərinə axlaqsız-seksual xarakterli hərəkətlər edir və əfqanları təhqir edirmişlər".

Dövlət Departamentinin sözçüsü Yan Kelli deyib ki, araşdırmanın nəticəslərindən asılı olaraq təhlükəsizlik firması – "ArmorQrup"la olan 189 milyon dollarlıq müqaviləni də ləğv edə bilərlər.
XS
SM
MD
LG