Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:53

Nəqliyyatda gücləndirilmiş iş rejiminə keçiləcək


Sentyabrın 15-də orta və ali məktəblərdə dərslərin başlaması ilə əlaqədar Nəqliyyat Nazirliyinin «Avtonəqliyyatservis» Departamenti gücləndirilmiş iş rejiminə keçəcək.

Bu barədə AzadlıqRadiosuna Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov məlumat verib.

O bildirib ki, yeni tədris ilinin başlanması ilə əlaqədar tələbələrin regionlardan paytaxta kütləvi axını başlanacaq. Buna görə də rayonlararası və şəhərdaxili avtobusların qrafikində sıxlıq yaranacaq. Sərnişindaşımada bu sıxlığı aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyinin rəhbərliyi tərəfindən bir sıra göstərişlər verilib:

«Bakı Şəhərlərarası Beynəlxalq Mərkəzi Avtovağzal da daxil olmaqla sərnişinnəqliyyatda müxtəlif gücləndirilmiş tədbirlər görülür. Rayonlardan Bakıya gələn tələbələrin avtovağzaldan metronun «20 Yanvar» stansiyası istiqamətinə daşınması üçün həmin istiqamət üzrə hərəkət edən 284 saylı marşrutda avtobusların sayı artırılacaq. Eyni zamanda, şəhər daxilindəki müxtəlif ali məktəblər istiqamətində hərəkət edən avtobusların da sayları artırılacaq».

Namiq Həsənov deyir ki, sentyabrın sonunadək elə edəcəklər ki, sərnişindaşımada heç bir problem yaranmasın.
XS
SM
MD
LG