Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:58

Özünü güllələyən sahibkarın vəziyyəti normallaşıb


Avqustun 31-də metronun «Gənclik» stansiyası yaxınlığında özünü vinçestrlə vurmuş sahibkar Kənan Nağıyevin vəziyyəti normaldır. O, sentyabrın 3-də reanimasiya şöbəsindən müalicəsini davam etdirmək üçün palataya köçürülüb. Bu barədə AzadlıqRadiosuna sahibkarın müalicə aldığı 5 saylı şəhər xəstəxanasından məlumat verilib. Sahibkarın hazırda müalicə aldığı cərrahiyyə şöbəsindən bildiriblər ki, onun vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, Kənan Nağıyev ürəyinə atəş açsa da, güllə döş qəfəsinin aşağı tərəfinə dəymişdi.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qanunsuz odlu silah gəzdirmə və özünü öldürmə həddinə çatdırma maddələri ilə cinayət işi başlanıb və Kənan Nağıyev artıq dindirilib.

Prokurorluqdan AzadlıqRadiosuna bildiriblər ki, professional güləşçi olan Kənan Nağıyev sahibkarlıqla məşğul olur. Özünü öldürmək istəməsi külli miqdarda pul borcu ilə əlaqədar olub.
XS
SM
MD
LG