Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:06

«Azərbaycanın zərərinə heç bir addım atmayacağıq»


Xarici İşlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı ilə, Bakı. 26 may 2009

Xarici İşlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı ilə, Bakı. 26 may 2009

Bu fikirləri sentyabrın 2-də Misirdə səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla telefon söhbətində deyib.

Türkiyənin «Hürriyyet» qəzeti xəbər verir ki, Azərbaycan xarici işlər nazirinə məlumat verən Davudoğlu Ankaranın təminatını bir daha səsləndirib: «Azərbaycanın zərərinə olan heç bir addım atmayacağıq». Qəzet telefon söhbətində Məmmədyarovun heç bir mənfi reaksiya vermədiyi və narahatlıq ifadə etmədiyini yazır.

Avqustun 31-də Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə «Diplomatik münasibətlərin təsis olunması protokolu» və «İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu»na dair daxili siyasi məsləhətləşmələrin başlanması üçün razılıq əldə ediblər.

Bu protokollar ikitərəfli əlaqələrin müəyyən zaman içərisində normallaşdırılması üçün bir çərçivə təqdim edir. Türkiyə ilə Ermənistan arasında siyasi məsləhətləşmələr altı həftə ərzində tamamlanacaq. Bunun ardınca iki protokol imzalanacaq və hər iki ölkənin parlamentlərinin təsdiqi üçün təqdim olunacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG