Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:11

«İçərişəhər» sentyabrın 15-də işə düşəcək


Bakı Metropoliteninin «İçərişəhər» stansiyası

Bakı Metropoliteninin «İçərişəhər» stansiyası

Sentyabrın 15-də Bakı Metropoliteninin «İçərişəhər» stansiyası işə düşəcək. Bu barədə AzadlıqRadiosuna Bakı Metropolitenin rəisi Tağı Əhmədov məlumat verib.

Onun sözlərinə görə, həmin gün ali və orta məktəblərdə dərslərin başlamasıyla bağlı xəttə həm də 10 yeni vaqon buraxılacaq.

Bundan başqa yaxın günlərdə Rusiyadan daha 5 yeni vaqon gətiriləcək.

Amma metropoliten rəisi «İçərişəhər» stansiyasında eskalatorların yenilənməsinə və yeni vaqonların alınmasına nə qədər vəsait xərclənməsindən xəbərsiz olduğunu deyib.

Bu ilin əvvəlində yeni təmirdən çıxan «İçərişəhər» stansiyası eskalatorların dəyişdirilməsi səbəbindən iki ay əvvəl yenidən bağlanmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG