Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:05
Reuters agentliyinin verdiyi məlumata görə, İspan yığmasının və Madridin «Real» klubunun qapıçısı İker Kassilias, Çempionlar Liqasında oynanılan toplardan şikayət edib. Onun sözlərinə görə vurulan zərbədən sonra toplar qeyri adi trayektoriya ilə uçmağa başlayır və bu da qapıçıların onsuzda ağır olan işini daha da ağırlaşdırır. Çempionlar Liqasında oynanılan topları «Adidas» şirkəti istehsal edir.

Qapıçı xatırladıb ki, bu toplardan 2008-ci il Avropa Çempionatında və 2009-cu ilin Konfederasiya Kubokunda istifadə olunub. Kassiliasın sözlərinə görə, Konfederasiya Kubokunun oyunlarına baxan hər bir kəs görə bilərdi ki, toplar qəribə trayektoriya ilə uçurdular.

«Real»ın qapıçısı əlavə edib ki, İspaniya çempionatında oynanılan toplar, Çempionlar Liqasında oynanılan toplardan xeyli yaxşıdırlar. Onun sözlərinə görə «ispan» topları çox nadir hallarda özlərini «qəribə» aparırlar.

2009-2010-cu il Çempionlar Liqasında «Real» C-qrupunda yer alıb, klubun rəqibləri İtaliyanın «Milan», Fransanın «Marsel» və İsveçrənin «Sürix» klublarıdır. Sentyabrın 15 keçirilən ilk turda «Real» qonaqda «Sürix» ilə görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG