Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:20

Maykl Cekson dəfn olunur


Amerikanın pop ulduzu Maykl Cekson sentyabrın 3-də dəfn olunacaq. Onu Los-Ancels yaxınlığındakı «Forest Loun» qəbiristanlığında dəfn edəcəklər.

Qapalı mərasimdə yalnız müğənninin ailəsi və bir neçə jurnalist iştirak edəcək.

Dəfn mərasimindən bir gün əvvəl qəbiristanlıqda təhlükəsizlik tədbirləri gücləndirilib, yaxınlıqdakı küçələrdə avtomobillərin hərəkəti və saxlanması qadağan olunub.

M. Cekson iyunun 25-də 50 yaşında ürək dayanmasından ölüb. Onun dərmandan zəhərləndiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG