Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:12

«Inanmaq istəyirəm ki, Türkiyə vədinə əməl edəcək»


Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov «Turan»a müsahibəsində Türkiyə - Ermənistan münasibətlərindəki son duruma münasibətini açıqlayıb.

Novruz Məmmədov hesab edir ki, Türkiyə hökuməti, Türkiyə rəhbərliyi münaqişə başlanan gündən indiyədək olan prosesləri nəzərə alacaq.

«Eyni zamanda, Türkiyə baş nazirinin bu ilin mayında Azərbaycanda verdiyi bəyanat, Türkiyə xarici işlər nazirinin bəyanatlarının mahiyyətindən belə başa düşürük ki, doğrudan da, Türkiyə proseslərin gedişində Azərbaycana verdiyi vədə əməl edəcək. Yəni, Türkiyə baş nazirinin dediyi kimi, əgər Ermənistan - Azərbaycan münaqişəsinə və işğala son qoyulmazsa Türkiyə Azərbaycana verdiyi vədə əməl edəcək, mövqeyindən bir addım da geri dönməyəcək. Biz Türkiyə tərəfinə, Türkiyə rəhbərlərinə, Türkiyənin indiki mövqeyinə inanmalıyıq. Mən də, inanmaq istəyirəm ki, münaqişə həll edilməyincə, münaqişənin həllində güclü irəliləyiş əldə edilməyincə Türkiyə addım atmayacaq»


Novruz Məmmədova görə, Türkiyə baş naziri Azərbaycan parlamentində çıxışında qeyd etdi ki, Ermənistanla sərhədləri bu ölkənin Azərbaycan ərazilərini işğal etdiyinə görə bağlayıblar. Sərhədlərin bağlanmasının səbəbi budursa, nəticə də bununla bağlı olmalıdır.

XS
SM
MD
LG