Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:56

Əfqanıstanda azı 22 adam ölüb


Əfqanıstanın Lağman əyalətində, yerli məsçidin ətrafında partlayış törədilib.

Yerli hakimiyyətin nümayəndəsi azı 22 nəfərin öldüyünü, xeyli adamınsa yaralandığını xəbər verir.

Əfqanıstan kəşfiyyat xidmətinin rəis müavini Abdulla Lağman və yerli hakimiyyətin bir neçə rəsmisi də ölənlərin arasındadı.

İntiharçı kütlənin arasına soxularaq özünü partladıb.

Taliban hərəkatı bu hücuma görə cavabdehliyi üzərinə götürüb və bildirib ki, əsas hədəf Abdulla Lağman olub.
XS
SM
MD
LG