Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:16

ABŞ və İsrail rəsmiləri görüşür


Sentyabrın 2-də ABŞ və İsrail diplomatları Vaşinqtonda görüşür.

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel iki İsrail rəsmisini qəbul edəcək. Gözlənilir ki, Mitçel qarşı tərəfi Fələstin ərazisində yaşayış məntəqələri yaratmamağa inandırmağa çalışacaq.

Bir həftə əvvəl Mitçel Londonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb və məntəqələrin yayılması prosesini «dondurmağa» çağırıb.

Fələstinlilər bu yanaşmada israrlıdır, hesab edirlər ki, bu İsraillə sülh danışıqlarının bərpa olunmasına imkan yarada bilərdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG