Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:51

Abxaziya gürcü gəmisini məhv etmək göstərişi alıb


Separatçı Abxaziyanın lideri göstəriş verib ki, regionun «ərazi suyu»na daxil olan istənilən Gürcüstan gəmisi məhv edilsin. Bu barədə Sergey Baqapşın özü məlumat verib.

Baqapş «İnterfax» agentliyinə deyib ki, belə bir addım atmasına səbəb Gürcüstanın «quldur hərəkətləridir».

Rəsmi Tbilisi isə bildirib ki, gəmilərinə hücum olsa buna görə separatçı regionun sərhədlərini və sahil zolağını qoruyan Rusiya məsuliyyət daşıyacaq.

Sentyabrın 1-də gəmiylə Abxaziyaya yanacaq daşıyan türk kapitanı Gürcüstanda 24 illiyinə azadlıqdan məhrum edilib. O, Abxaziyanın iqtisadi blokadasını pozmaqda günahlandırılıb.
XS
SM
MD
LG