Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:40

Azad Rəhimov ermənistanlı həmkarı ilə müqavilə imzalayıb


Gənclər və İdman naziri Azad Rəhimov

Gənclər və İdman naziri Azad Rəhimov

Azərbaycan və Ermənistanın Gənclər və İdman nazirləri arasında müqavilə imzalanıb. Müqavilə Azad Rəhimov və həmkarı Armen Qriqoryan, Azərbaycanın və Ermənistanın Cüdo federasiyasının prezidentləri, o cümlədən Avropa Cüdo Federasiyasının və Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvləri arasında bağlanıb.

Əldə edilən razılaşma gənclər arasında Avropa çempionatı vaxtı azərbaycanlı cüdoçuların təhlükəsizliyinin təmin olunması barədədir.

Müqaviləyə Azərbaycan idmançılarının Ermənistana daxil olduqları andan ölkəni tərk edəcəkləri günə qədər ev sahibliyi edən ölkənin bütün təhlükəsizlik məsələlərinə ciddi şəkildə cavabdeh olması, informasiyaların ötürülməsi üçün şəraitin yaradılması, məşqlərin mütəmadi keçirilməsi, Azərbaycan bayrağının yarış boyu digər ölkələrin bayraqları ilə bir sırada asılması nəzərdə tutulur. Müqavilədə həmçinin göstərilir ki, idmançı 1-ci yeri qazanacağı təqdirdə Azərbaycan bayrağının qaldırılması və dövlət himninin səsləndirilməsi, həmin an bütün iştirakçıların ayağa qalxması, BOK tərəfindən səlahiyyətli jurnalistlərin yarışlarda sərbəst iştirakının təmin edilməsi, yarış boyu internet xidmətlərindən rahat yararlanma və digər məsələlər daxildir.

Cüdo çempionatı sentyabrın 9-14-ü Yerevanda keçiriləcək.

Məlumatı Azərbaycanın Gənclər və İdman Nazirliyi yayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG