Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:20
Türkiyə-Ermənistan arasında imzalanması nəzərdə tutulan «İsveçrə protokolu»nun Azərbaycan üçün ehtimal edilən nəticələri nə ola bilər? Bu məsələ AzadlıqRadiosunun «İşdən Sonra» proqramında müzakirə olunub.

Söhbətdə «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu və Qərb Universitetinin professoru Fikrət Sadıxov fikirləri ilə bölüşüblər. Bəzi suallara cavablarını təqdim edirik:

- Elxan bəy, niyə Siz «bundan sonra Azərbaycan quyudan təkbaşına çıxmalıdır» fikrini irəli sürürsünüz?

E.Ş.: Əgər Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər qurulacaqsa, gec-tez sərhədlər də açılmalıdır. İlin sonuna işarələr verilir. Uzağı gələn ilin əvvəlində. Amma Azərbaycan hakimiyyəti «İsveçrə protokolu»na etiraz etmir. Mənə elə gəlir ki, Dağlıq Qarabağ danışıqlarında irəliləyiş gözlənilir. Bu iki proses paralel gedir. Hətta Qafqaz Müsəlmanları İdarəsində iftar süfrəsi zamanı prezident İlham Əliyev Dağlıq Qarabağ danışıqları haqda nikbin fikirlər səsləndirdi. Buna görə də rəsmi Bakı hələ etiraz etməyib. Fikir verin, söhbət Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına reaksiyadan gedir.

F.S.: Əgər diplomatik münasibətlər qurulsa, Türkiyə ilə Ermənistan arasında mütləq sərhədlər açılacaq.
Elxan Şahinoğlu
Onlar bu halda bağlı qala bilməz. Bu aksiomdur. Lakin şübhəm var – açılacaqmı? Proqnoz vermək çox çətindir.

- Bəs burada müsbət məqamlar nədən ibarətdir?

F.S.: Güman ki, Qərb Ermənistanı Rusiyanın təsiri altından Türkiyə vasitəsilə çıxartmaq istəyir. ABŞ-ın Dövlət Departamenti İsveçrə protokolunun açıqlanmasıdan sonra dərhal dəstəyini nümayiş etdirdi. Fransa prezidenti Sarkozi Türkiyə və Ermənistanı təbrik də etdi.

- Proqnozlaşdırmaq çətin olsa da, 2009-cu ilin sonunadək Azərbaycanla Ermənistan arasında hər-hansı sənədin imzalanmasını gözləməyə dəyərmi?

F.S.: Ola bilsin ki, danışıqlar nəticəsində işğal altında olan yeddi rayonun taleyi həll olunsun. Bu təxmini düşüncələrimdir. İlin sonunadək Dağlıq Qarabağ danışıqlarında irəliyə addım ola bilər. Əgər Türkiyə-Ermənistan və Dağlıq Qarabağ danışıqları paralel gedirsə və bizimlə razılaşdırılıbsa düşünürəm ki, işğal olunmuş rayonların qaytarılması prosesinin ərəfəsindəyik.

Şərhləri göstər

XS
SM
MD
LG