Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:13

Azərbaycan-Ermənistan nazirləri müqavilə imzayıb


Azərbaycan və Ermənistanın gənclər və idman nazirləri arasında müqavilə imzalanıb. Müqavilə Azad Rəhimov və həmkarı Armen Qriqoryan, Azərbaycanın və Ermənistanın Cüdo federasiyasının prezidentləri, o cümlədən Avropa Cüdo Federasiyasının və Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvləri arasında bağlanıb.

Əldə edilən razılaşma gənclər arasında Avropa çempionatı vaxtı azərbaycanlı cüdoçular təhlükəsizliyinin təmin olunması barədədir.

Müqaviləyə Azərbaycan idmançılarının Ermənistana daxil olduqları andan ölkəni tərk edəcəkləri günə qədər ev sahibliyi edən ölkənin bütün təhlükəsizlik məsələlərinə ciddi şəkildə cavabdeh olması, informasiyaların ötürülməsi üçün şəraitin yaradılması, məşqlərin mütəmadi keçirilməsi, Azərbaycan bayrağının yarış boyu digər ölkələrin bayraqları ilə bir sırada asılması, idmançımız 1-ci yeri qazanacağı təqdirdə Azərbaycan bayrağının qaldırılması və dövlət himninin səsləndirilməsi, həmin an bütün iştirakçıların ayağa qalxması, BOK tərəfindən səlahiyyətli jurnalistlərin yarışlarda sərbəst iştirakının təmin edilməsi, yarış boyu internet xidmətlərindən rahat yararlanma və digər məsələlər daxildir.

Cüdo çempionatı sentyabrın 9-14-ü Yerevanda keçiriləcək.

Məlumatı Azərbaycanın Gənclər və İdman Nazirliyi yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG