Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:03

Dünyanın ən qədim film festivalının açılışıdır


Dünyanın ən qədim film festivalı sentyabrın 2-də Vyanada açılır. Baş mükafat uğrunda 23 film yarışacaq.

66-cı Vyana film festivalı sentyabr ayının 12-dək davam edəcək, açılış isə son 20 ildə ilk dəfə olaraq İtaliya filminin təqdimatı ilə olacaq.

Oskar mükafatlı rejissor Cüzeppe Tornatorun «Baaria» adlı filmi 2-ci Dünya Müharibəsi dövründə Sicilyadakı yaşamla bağlıdır.

Festivalda amerikalı rejissor Miçel Murun ABŞ iqtisadi böhranı ilə bağlı son sənədli filmi – «Kapitalizm: Sevgi hekayəsi»nin də premyerası olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG