Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:27

İranın nüvə proqramı Almaniyada müzakirə ediləcək



Dünyanın 6 güc dövlətinin rəsmisi sentyabrın 2-də Almaniyada görüşür, İranın nüvə gücünü müzakirə edəcəklər.

Frankfurt şəhərində keçiriləcək görüşə BMT təhlükəsilik Şurasının 5 daimi üzvü və Almaniya qatılır.

Bu arada sentyabrın 1-də İranın nüvə rəsmisi Səid Cəlili bildirib ki, Tehran nüvə proqramı ilə bağlı beynəlxalq natahatlığı yüngülləşdirmək üçün yeni «təkliflər paketi» hazırlayır.

ABŞ Dövlət Departamentindən isə deyiblər ki, onlarda təkliflərin nədən ibarət olması ilə bağlı məlumat yoxdur, ancaq istənilən təklifi «ciddi və qarşılıqlı hörmət şəraitində nəzərdən keçirərdilər».

ABŞ prezidenti Barak Obama sentyabr ayının sonuna qədər İrana vaxt qoyub ki, danışıqların bərpa olunması təklifinə cavab versin.

Qərb ölkələri narahatdırlar ki, İran nüvə silahı hazırlaya bilər, Tehransa bunu inkar edir.
XS
SM
MD
LG