Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:32

«Gənclər ombudsmana barışıq təklifi etməyiblər»


Gənclər Cinayət Məcəlləsinin xuliqanlıq və bədənə az ağır bədən xəsarəti yetirmə maddələrilə ittiham olunurlar
«Emingil ombudsman Elmira Süleymanovaya barışıq təklifi etməyiblər».

Bunu həbsdə olan gənc fəal Emin Millinin vəkili Elton Quliyev deyir.

Sentyabrın 1-də hüquqlarını müdafiə etdiyi şəxslə görüşən vəkilin sözlərinə görə, Ombudsman Aparatının saytında gənclərin barış istəməklərilə bağlı yayılan məlumat təhrif olunub:

«Elmira Süleymanova gənclərlə görüşəndə onlardan soruşub ki, barış istəyirlərmi? Emingil isə deyiblər ki, onların həbsi ictimai fəaliyyətləriylə bağlıdır və gənc fəallar cəmiyyətdə barış tərəfdarıdırlar. Emingil deyib ki, əgər qarşı tərəf barış təklif eləyirsə, bu, şərtsiz olmalıdır və onların qarşısında öz əqidələrindən, yollarından dönmək tələbi qoyulmamalıdır».

Bu il iyunun 8-də gənc fəallar Emin Milli və Adnan Hacızadə «Livan» restoranında baş verən münaqişədən sonra həbs olunublar.

Gənclər Cinayət Məcəlləsinin xuliqanlıq və bədənə az ağır bədən xəsarəti yetirmə maddələrilə ittiham olunurlar. İrəli sürülən ittihamlar üzrə məhkəmə prosesi sentyabrın 4-ə təyin olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG