Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:21

5 il qabaq - dərs ilinin ilk günü hərbi geyim, maska və partlayıcı kəmər geymiş 30-dan çox silahlı Şimali Osetiyanın Beslan şəhərindəki məktəbi ələ keçirmişdi. Birdən-birə min yüzdən çox adam, o cümlədən 800-ə yaxın uşaq girova çevrilmişdi.

Əraziyə gətirilən Rusiyanın xüsusi təyinatlı dəstələri ilə məktəbdəki silahlılar arasında baş verən atışmanın sirri hələ də açılmayıb. Rusiya rəsmiləri silaha birinci əl atdıqlarını inkar edirlər – atışmaya ilk olaraq silahlıların başladığını bildirirlər.

Rus hərbçiləri Beslan məktəbinin ətrafında. 1 sentyabr 2004

Məktəbə hücum və silahlıların binadan qaçmağa çalışan uşaqlara açdığı atəşlər nəticəsində 400-ə yaxın adam həlak oldu, onlardan yarısı uşaqlar idi.
Beslan məktəbinə hücum edənlərin əksəriyyəti məhv edildi, yalnız 1 nəfər sağ ələ keçdi - 24 yaşlı Nur Paşa Kulayev.

Onu ömürlük cəzaya məhkum etdilər. Kulayev məhkəmədə and-aman edirdi ki, onun da uşaqları var, o, şagirdlərə atəş açmazdı.

Kulayevin hansı həbsxanada saxlandığı bilinmir, deyilənə görə, hətta türmədə onun adını da dəyişdiriblər ki, başqa məhkumların hücumlarına məruz qalmasın.

Bu uşaqlar azad olunan girovlardandır. 3 sentyabr 2004

Uşaqları qətlə yetirilən valideynlər hadisədən bir il sonra Beslan Anaları Komitəsi yaradıblar. Onlar Rusiya təhlükəsizlik qüvvələrinin məktəbə daxil olarkən həddən ziyadə güc tətbiq etməsinin araşdırılmasını tələb edirlər.

Bundan başqa onlar deyirlər ki, rus xüsusi təyinatlıları məktəbə qumbara atandan sonra sulahlılar buna cavab olaraq hərəkətə keçib və qətliam başlayıb.
Faciədə ölənlərin 90-a yaxın qohumu iki il qabaq Rusiya hökumətini Avropa İnsan Haqları Məhkəməsinə də veriblər.

Beslan məktəbinin idman zalı. 1 sentyabr 2006

Terror aktına görə məsuliyyəti çeçen silahlılarının komandiri Şamil Basayev öz üzərinə götürmüşdü.

2006-cı ilin yayında Beslan Anaları Komitəsinin rəhbəri Dudiyevadan soruşanda ki, terrorçunun ölümünə sevinirmi? Cavabı belə olmuşdu.
“Məni artıq heç nə sevindirmir. Mən ancaq o zaman rahat nəfəs alacam ki, obyektiv istintaq aparılacaq, Beslan haqda həqiqətləri hamı biləcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG