Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:25

«ABŞ Türkiyə-Ermənistanla işləməyə hazırdır»


Türkiyə və Ermənistan diplomatik münasibətləri qurmaq istiqamətində işləməyə razılaşıblar.

Hər iki ölkənin Xarici İşlər Nazirliyinin avqustun 31-də yaydığı bəyanatda deyilir ki, İsveçin vasitəçilik elədiyi məsləhətləşmələrin 6 həftə ərzində yekunlaşdırılması, işlənib hazırlanan yekun sənədlərinin isə iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunması gözlənilir.

ABŞ bu razılaşmanı alqışlayıb və bildirib ki, hər iki ölkə ilə «yaxından işləməyə» hazırdır.
Türklərlə ermənilər arasında münasibətlər 20-ci əsrin əvvəllərindən soyuqdur. Ermənilər 1-ci Dünya Müharibəsi dövründə və daha sonra Osmanlı imperiyası tərəfindən 1,5 milyon ermənin soyqırıma məruz qaldığını iddia edir.

Türkiyə isə «soyqırımı»nı təkzib edir və təxminən 200 min erməninin müharibə və döyüşlərdə öldüyünü deyir.
XS
SM
MD
LG