Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 04:13

2-ci Dünya Müharibəsinin başlanması qeyd olunur


Sentyabrın 1-də Polşada 2-ci dünya müharibəsinin başlanmasının 70-ci anım mərasimi qeyd olunub.

Mərasim almanların Qdansk şəhərinə ilk dəfə mərmi atdığı saatda – sübh tezdən saat 4.45-də başlayıb. Polşa baş naziri Donald Tusk da daxil olmaqla, ölkə liderləri Nazi Almaniyasında həyatlarını itirənləri xatırlayıblar.

Almaniya 1939-cu ilin sentyabrın 1-də Polşaya hücum edib.

Almanların işğalından iki həftə sonra isə Sovet ordusu Polşaya girib və məxfi Nazi-Sovet paktına əsasən Polşanın şərqini özünə birləşdirib.

Almaniya və Rusiya liderləri də daxil olmaqla, 20 ölkə rəsmisinin bu gün Polşada anım mərasimində iştirak edəcəyi gözlənilir.

Bu arada Polşanın «Reçpospolita» qəzetinin keçirdiyi sorğuya görə polyakların çoxu hesab edir ki, İkinci Dünya Müharibəsinin başlanmasında Berlin qədər Moskva da məsuliyyət daşıyır.

Polşa qəzetlərindən biri isə Rusiya baş nazirinin polyaklara ünvanlanan məktubunu dərc edib. Məktubda Putin bildirib ki, keçmişin problemləri «kədər və bağışlanmanın birgə simvolu» olmalıdır.
XS
SM
MD
LG