Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:49

Xəzərin mübahisəli ərazisində baza tikiləcək


Türkmənistan Azərbaycanla Xəzərin mübahisəli ərazisində hərbi dəniz bazası tikəcək. Bunu prezident Qurbanqulu Berdımuxamedov Təhlükəsizlik Şurasının iclasında deyib.

Onun sözlərinə görə, hərbi dəniz bazası qaçaqmalçılıqla, terrorizmlə daha effektiv mübarizə üçündür. Baza 2015-ci ilə hazır olacaq.

Mərkəzi Asiyada ən böyük qaz ixracatçısı olan Türkmənistanla Azərbaycan arasında Xəzərdəki bəzi qaz və neft yataqları ilə bağlı mübahisə var.
Berduməhəmmədov ötən ay bu mübahisəni beynəlxalq məhkəməyə çıxarmağı tapşırıb.

Azərbaycan XİN-nin mətbuat katibi Elxan Poluxov «AzadlıqRadiosu»na deyib ki, «Azərbaycan tərəfi Xəzəri sülh regionu kimi görmək istəyir».

Günün bütün mövzuları

XS
SM
MD
LG